İQTİSADİYYAT


“Darvin bankası” yatağındakı 740 nömrəli özüldə əlavə 8 quyu qazılacaq

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağındakı 740 nömrəli stasionar dəniz özülündə əlavə 8 quyunun qazılması məqsədilə yenidənqurma işlərini uğurla davam etdirir.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyuların layihə yerlərinin hazırlanması üçün material və avadanlıqların yerləri dəyişdirilib, əlavə 8 quyunun qazılması üçün qülləaltı yolların tirləri quraşdırılıb, quyu istiqamətləndiricilər vurularaq bərkidilib və döşəmədəki boşluqlar doldurulub. Quyuların qazılması üçün bütün lazımi işlər tamamlanıb.

Hazırda qazma qülləsinin gətirilməsi gözlənilir. Artıq 4 quyu qazmaya tam hazır vəziyyətə gətirilib. Sonrakı mərhələdə 2 blokun, 3 aralıq seksiyasının, bir minik meydançasının və 3 yanalma meydançasının quraşdırılması nəzərdə tutulur. Yeni qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi 740 nömrəli özüldə hazırda mövcud olan 8 quyu istismardadır. Genişləndirmə işlərindən sonra buradakı quyuların sayı 16-ya çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.