İQTİSADİYYAT


“Darvin bankası”ndakı özüldə yenidənqurma işləri başa çatıb

Bakı, 12 iyun, AZƏRTAC

“Darvin bankası” yatağındakı 720 nömrəli stasionar dəniz özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib.

SOCAR-ın mətbuat xidmətində AZƏRTAC-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilib və quyular üçün yeni monifold bloku yığılıb. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb.

Əlavə qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.