ELM VƏ TEXNOLOGİYA


Darxan Kıdırəli: “Birinci Türkoloji Qurultayın keçirilməsi türk dünyası elmi üçün çox əhəmiyyətlidir”

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Birinci Türkoloji Qurultayın keçirilməsi türk dünyası elmi üçün çox əhəmiyyətlidir. Beynəlxalq Türk Akademiyası qurultayla bağlı Bakıda saxlanılan arxiv sənədlərindən istifadə edərək nəşrlər hazırlayıb, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyəti ilə birgə bir sıra tədbirlər reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfransda jurnalistlərə müsahibəsində deyib.

D. Kıdırəli qeyd edib ki, dünya miqyasında tanınmış türkoloq-alimlər 90 il bundan əvvəl Bakıda bir araya gələrək çox mühüm ortaq məsələləri müzakirə ediblər. Qurultayda təmsil olunan türkdilli xalqlar vahid ideya ətrafında toplaşıblar. Bu gün Birinci Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə qeyd olunması türk dünyasında, eləcə də beynəlxalq aləmdə türkoloji elmlər sisteminin inkişafına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.