ELM VƏ TEXNOLOGİYA


Daşınan kameraların tədarükü üç dəfədən çox artacaq

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

“Tractica” analitik şirkətinin proqnozuna əsasən, ən yaxın illərdə daşınan kameraların sayı dünya bazarı üzrə üç dəfədən çox artacaq. Belə ki, bu qurğuların tədarükünün 2021-ci ildə 24 milyona çatacağı gözlənilir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, mütəxəssislər “ekşn-kamera”larını daşınan kameraların sonrakı tətbiqinə imkan yaradan bazarın ən böyük və əhəmiyyətli seqmenti hesab edirlər. Bu kameralar idmanla məşğul olan zaman və ekstremal şəraitdə çəkiliş üçün istifadə olunur. Həmçinin qeyd edilir ki, daşınan kameralar korporativ sektorda və səhiyyə sferasında ictimai təhlükəsizliyin təminatı məqsədilə tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.