DÜNYA


Daşınan qurğular bədənin istiliyindən istifadə edərək enerji hasil edəcək

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

ABŞ-ın Şimali Karolina Universitetinin alimləri müasir termoelektrik generatorlardan bir neçə dəfə çox elektrik enerjisi istehsal edən yeni daşınan qurğu prototipi yaradıblar.

AZƏRTAC “Naked Science” resursuna istinadən xəbər verir ki, termoelektrik generatorlar elektrik enerjisi hasilatı üçün istifadəçinin bədəni və hava arasında temperatur fərqindən istifadə edir. Əvvəlki oxşar qurğular 1 kvadratsantimetr üçün yalnız 1 mikrovatt istehsal edə bilən ağır və böyük radiatorlardan istifadə edib. Şimali Karolina Universitetinin alimlərinin yaratdığı yeni texnologiya isə iri radiatordan istifadə etmədən 1 kvadratsantimetr üçün 20 mikrovatt elektrik enerjisi hasil etməyə imkan verir.

Kiçik ölçüyə malik yeni termoelektrik generator əyilə bilir ki, bu da qurğunu istifadəçinin bədəninə dəqiqliklə bərkitməyə imkan verir. Qurğunun istilikkeçirici qatı dəri ilə əlaqəyə girərək istiliyi udur, polimer qat isə istilik xüsusi generatordan keçməzdən əvvəl onu yayılmadan saxlayır.

Digər daşınan termoelektrik generatorlar kimi, cihaz idman bilərzikləri və ya “ağıllı” saatlar kimi müxtəlif daşınan qurğuların işinin dəstəklənməsi üçün lazım olan enerjini hasil etməyə imkan verir.

Tədqiqat üçün alimlər generatorların quraşdırıldığı idman maykalarından istifadə ediblər. Nəticədə alimlər müəyyənləşdiriblər ki, yeni texnologiya bütün məşhur analoqlardan daha çox - istifadəçi üçün normal şəraitdə 1 kvadratsantimetr üçün 6 mikrovatt və fiziki hərəkətlər zamanı 16 mikrovatt elektrik enerjisi hasil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.