İQTİSADİYYAT


“Daşınmaz əmlakın qabaqcadan qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçiriləcək

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 30-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Daşınmaz əmlakın qabaqcadan qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçiriləcək.

Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən məlumat verilib.

Tədbirin keçirilməsində məqsəd komitə tərəfindən daşınmaz əmlakın qabaqcadan qeydiyyatı prosesinin mahiyyəti, prosedurları, üstünlükləri barədə ictimaiyyəti maarifləndirməkdir. Eyni zamanda, bu prosesin vətəndaşlara verdiyi faydalar və ümumilikdə daşınmaz əmlak bazarının inkişafındakı müsbət təsirləri barədə məlumatlandırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.