İDMAN


Daşkənd Qran-prisinin ilk günü cüdoçularımız üçün uğursuz olub

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınmayıb.

Belə ki, tatamiyə çıxan dörd həmyerlimiz mükafatçılar sırasına düşə bilməyib. Yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən Murad Heydərli ilk qarşılaşmasında Bauyrxan Javintayevə (Qazaxıstan) uduzduğu halda, Tofiq Məmmədov üçüncü yer uğrunda görüşdə eyni rəqiblə bacarmayıb.

Digər cüdoçularımızdan Mirelturan Seyidi (66 kq) də debütdə Aybek İmaşevi (Qazaxıstan) mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Altansux Dovdonladan (Monqolustan) zəif olub. Təmsilçimizin təsəlli döyüşü də uğurlu alınmayıb. O, belaruslu Dmitri Minkova uduzub.

Qran-pridə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev isə startdaca yarışla vidalaşıb. Təcrübəli idmançımız Abduljəlil Yusupovla (Özbəkistan) dueldən məğlub ayrılıb.

Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq yarışda daha yeddi cüdoçumuz gücünü yoxlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.