SİYASƏT
Daşkənddə Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib
Daşkənd, 22 dekabr, АZƏRTAC
Daşkənddə Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və inventarlaşdırma üzrə məsləhətləşmələr keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinə Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi rəisinin müavini Ceyhun Şahverdiyev rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan və Özbəkistan nümayəndələri əməkdaşlığın müqavilə-hüquq bazasının inventarlaşdırılmasını keçirib, ikitərəfli sənədlər layihəsi üzrə fikir mübadiləsi aparıb, qarşılıqlı münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər. Həmçinin Azərbaycan və Özbəkistan Xarici İşlər nazirliklərinin hüquq xidmətlərinin fəaliyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd