MƏDƏNİYYƏT


Daşkənddə Azərbaycanın Xalq Yazıçısı Anarın özbək dilində kitabı çap edilib

A+ A

Daşkənd, 17 avqust, AZƏRTAC

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Davr press” nəşriyyat evində Azərbaycanın Xalq Yazıçısı Anarın “Mən, sən, o və telefon” adlı kitabı özbək dilində çap edilib.

“Dünya ədəbiyyatı xəzinəsi” seriyasında çap olunan kitabın tərcüməçisi tanınmış tərcüməçi Usman Kuçkar, məsləhətçisi AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlidir. “Ön söz”ün müəllifi AMM-in direktoru Samir Abbasovdur.

Kitaba yazıçının “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “Dədə Qorqud” və digər əsərləri salınıb.

Kitabda Anarın həyat və yaradıcılığı haqqında məlumat verilir, yazıçının yaradıcılığı haqqında görkəmli yazıçı və şairlərin fikirləri çap olunur. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anarın yaradıcılığı haqqında fikirləri də yer alıb.

Kitabdakı “Ön söz”ün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.