SİYASƏT
Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Bişkek, 25 mart, АZƏRTAC
Aprelin 7-də Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.
Şuranın bundan əvvəlki iclası keçən il sentyabrın 16-da Bişkekdə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib.
İclasda Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər - Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Moldova və Ermənistanın xarici işlər nazirlərinin iştirakı gözlənilir.
Məlumatda deyilir ki, iclasda MDB arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek