MƏDƏNİYYƏT
Daşkənddə “Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı kitab çap edilib
Daşkənd, 6 fevral, AZƏRTAC
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə “Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı kitab çap olunub.
Azərbaycan, özbək və rus dillərində çap edilən kitabın tərtibçisi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin professoru Səadət Muxammedovadır.
Kitabın məsul redaktoru professor Həmidcon Həmidi, redaktorları Babaxan Şərif və Usman Kuçkardı. Nəşr “Müasir özbək poeziyasının xüsusiyyətləri” və “Müasir Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı bölmələrdən ibarətdir. Kitabda müasir özbək və Azərbaycan poeziyasından nümunələr təhlil edilir, özbək və Azərbaycan şairlərinin orjinalda və özbək dilində şerləri yer alır.
Nəşrdə Özbək alimləri Səadər Muxammedova, Marquba Mirqasımova, Nəsibə Jumaniyazova, Babaxan Şərif, Nafosat Urakova və Azərbaycan alimləri Almaz Ülvi, Yaşar Qasımov, Təranə Həşimova və Əsad Cahangirin məqalələri də çap olunub.
Topluda tanınmış və gənc şairlərimizin şeirləri Azərbaycan və özbək dillərində çap olunub Şerləri Azərbaycan dilindən Səadət Məhəmmədova, Utkir Xıdırov və Şəhla Qasımova çevirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd