MƏDƏNİYYƏT


Daşkənddə “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı nəşr edilib

A+ A

Daşkənd, 22 sentyabr, AZƏRTAC 

Daşkənddəki “Kamalak-PRESS” nəşriyyatında filologiya elmləri doktoru Almaz Ülvinin özbək və rus dillərində “Özbək ədəbiyyatı və Azərbaycan” (Tədqiqatlar, ədəbi portretlər, söhbətlər) kitabı nəşr edilib.

Kitabın məsul redaktorları və “Ön söz”ün müəllifləri Qozakboy Yoldaşev və Sırdaryoxon Otanova, redaktoru Muhayyo Yoldaşevadır.

Kitabda müəllifin Azərbaycan-özbək ədəbi əlaqələri sahəsindəki tədqiqat əsərləri daxil edilib.

“Ön söz”də deyilir ki, Almaz Ülvi özbək-Azərbaycan ədəbi əlaqələri sahəsində tanınmış alimdir. Onun bu mövzudakı məqalələri Bakıda, Daşkənddə və Müstəqil Dövlətlər Birliyinin digər şəhərlərində çap edilib. Bildirilir ki, müəllif böyük özbək şairi Əlişir Nəvai ilə bağlı silsilə məqalələr yazıb və bu iş davam etdirilir.

Topluda müəllifin Babur, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Maqsud Şeyxzadə və başqaları haqqında məqalələri də yer alıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.