Daşkənddə Özbəkistan Konstitusiyasının 25 illiyi ilə bağlı təntənəli mərasim keçirilib
Daşkənd, 10 dekabr, AZƏRTAC
Daşkənddəki “Özbəkistan” Forumlar Sarayında Özbəkistan Konstitusiyasının qəbul olunmasının 25-ci ildönümü təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan hökumətinin üzvləri, deputatlar, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, səfirlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mərasim iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının, qanunların aliliyinin təmin edilməsi, hüquqi və demokratik dövlət qurulması, xalqın həyat şəraitinin yaxşılaşdırılması üçün hüquqi qarantdır.
Şavkat Mirziyoyev deyib ki, xalq dövlət orqanlarına deyil, dövlət orqanları xalqa xidmət etməlidir. Dövlət başçısı ölkənin iqtisadi inkişafı və müstəqillik illərində əldə etdiyi uğurlardan da danışıb.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Mərasim Özbəkistan incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]
Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb
- 15.09.2026 [12:35]
Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub
- 15.09.2026 [12:17]
Süni intellekt insanlığı məhv edə bilərmi? Alimlərdən təhlükə siqnalı
- 15.09.2026 [11:14]