MƏDƏNİYYƏT


Daşkənddə Respublika Günü təntənəli şəkildə qeyd edilib

Daşkənd, 30 may, АZƏRTAC 

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənd şəhər Milli Mədəniyyət Mərkəzi (MMM) ilə birgə 28 May-Respublika günü ilə əlaqədar mərasim keçirib, konsert təşkil olunub.

Konsertdə paytaxtda fəaliyyət göstərən digər xalqların mədəniyyət mərkəzlərinin rəhbərləri və fəalları ilə yanaşı, Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri iştirak ediblər.

AMM-nin direktoru Samir Abbasov Respublika Günü münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında məlumat verib.

S. Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar, Bakıda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, digər mötəbər forumlarının keçirildiyi haqda məlumat verib.

MMM-nin sədri Firdovsi Hüseynov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Özbəkistan həmişə ölkəmizin mövqeyini müdafiə edib, elə bilirəm ki, bundan sonra da belə olacaq. Özbəkistanın Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayan F.Hüseynov adət-ənənələrimizin, mədəniyyətimizin eyniliyi haqqında da söhbət açıb.

Sonra AMM-nin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri rəqslərimizi, İlham Abdulayev sazda el havalarımızı, Yusif Əliyev, İnarə Məmmədova, Vəli Şirinov, Xursand Şerov, İsrail Saidumarov və Abdumalik Tatlı Azərbaycan və özbək dillərində mahnılar ifa edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.