DÜNYA


Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı Forumunun XII iclası keçirilib

Daşkənd, 14 may, АZƏRTAC

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Forumunun XII iclası keçirilib.

Yığıncaqda təşkilatın üzvü olan ölkələr - Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan, həmçinin müşahidəçi ölkələr olan İran, Əfqanıstan, Belarus, Pakistan və Hindistan təmsilçiləri, tədqiqat mərkəzlərinin ekspertləri, Özbəkistanda akkreditə olunan səfirliklərin nümayəndələri iştirak edib.

Forumda Əfqanıstanda sülhün və sabitliyin əldə edilməsi, Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin olunması, ŞƏT çərçivəsində ticarət-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat-kommunikasiya, elmi-texniki, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı qismində çıxış edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.