MƏDƏNİYYƏT


Daşkənddə Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib

A+ A

Daşkənd, 25 oktyabr, AZƏRTAC 

Daşkənddə fəaliyyət göstərən ingilisdilli Amerika Beynəlxalq Məktəbində Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib.

Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər iştirak edib, onlar üçün ayrılmış otaqlarda hər ölkə öz tarixi, mədəniyyəti, adət-ənənələrini təbliğ edən stend və sərgilər təşkil edib.

Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

Festivalın açılışında Azərbaycan bayrağı dalğalanıb, ölkəmiz haqqında məlumat verilib.

Azərbaycan üçün ayrılmış otaqda dövlət bayrağımız, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafı, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilib.

Sərgidə Qarabağ xalçaları, Qarabağın milli qadın geyimləri, qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz iştirakçılarda maraq doğurub.

Festivalda Azərbaycanın mədəniyyəti, tarixi ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif xalqları təmsil edən rəqs və musiqi qruplarının çıxışları dinlənilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.