ELM VƏ TƏHSİL


Daşkənddə kibertəhlükəsizliklə bağlı keçirilən seminarda Azərbaycan da təmsil olunub

Daşkənd, 11 yanvar, AZƏRTAC

Corc K.Marşall adına Avropa Mərkəzi Amerika Birləşmiş Ştatlarının və Almaniyanın Özbəkistandakı səfirliklərinin himayəsi ilə Daşkənddə kiberməkanda təhlükəsizlik məsələləri ilə bağlı seminar keçirib.

Tədbirdə Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Portuqaliya, Polşa, Ukrayna və digər ölkələrin bu sahədəki beynəlxalq ekspertləri iştirak ediblər.

Seminarda bu istiqamətdə aparılan təcrübə və strategiyalar müzakirə olunub.

Ekspertlər kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir və təcrübə mübadiləsi aparıblar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.