SİYASƏT
Daşkənddəki Respublika Azərbaycan İctimai Birliyinin sədri Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb
Daşkənd, 3 sentyabr, AZƏRTAC
Özbəkistanın müstəqilliyinin 24-cü ildönümü münasibətilə Prezident İslam Kərimovun fərmanlarına əsasən elm, təhsil, səhiyyə, ədəbiyyat, mədəniyyət, incəsənət və digər sahələrdə xidmətlərinə görə bir qrup şəxs orden və medallarla təltif ediliblər.
Daşkənddəki Respublika Azərbaycan İctimai Birliyinin (RAİB) sədri Mobil Məmmədov da “Dostluq” ordeni ilə təltif olunub.
M.Məmmədov Qazaxıstan Beynəlxalq Ekoloji Humanitar Akademiyasını bitirib. Daşkənddəki “Komprador” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru olub. Hazırda “Komyohimayotaminat” birgə müəssisəsinin baş meneceridir.
O, 2010-cu ildən RAİB-in sədridir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd