REGİONLAR


Daşkəsən rayonundakı 26 məktəbdə son zəngin sevinci yaşanıb

Daşkəsən, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın bütün bölgələrində olduğu kimi, ucqar dağ rayonu Daşkəsəndə də məzunlar üçün son zəng çalınıb.

Daşkəsən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, məktəblərdə müvafiq təlimata uyğun olaraq təşkil olunan tədbirlər məktəb kollektivinin və valideynlərin iştirakı ilə saat 12:00-a qədər davam edib.

Keçirilən tədbirlərlə əlaqədar olaraq şagirdlər və valideynlər maarifləndirilib.

Qeyd edilib ki, 2016-2017-ci tədris ilində Daşkəsən rayonu üzrə 26 tam orta məktəbdən 233 şagird məzun olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.