REGİONLAR


Daşkəsəndə 132 min başa yaxın iri və xırda buynuzlu heyvan bəslənilir

Daşkəsən, 12 iyun, Rauf Hacıyev, AZƏRTAC

Bu il Daşkəsən rayonunda bəslənilən mal-qaranın sayı 131 min 862 başa çatıb.

Daşkəsən rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda rayon üzrə bəslənilən iri buynuzlu heyvanların sayı 26 min 752 başdır. Bunlardan 276 başı çamış naxırı, 13 min 595 başı isə ana inəklərdir.

Həmçinin rayonda 105 min 110 baş xırda buynuzlu heyvan saxlanılır. Onlardan da 68 min 350 başı ana qoyun və keçilərdir. Rayon üzrə təsərrüfatlarda saxlanılan atların sayı isə 1671 başdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.