CƏMİYYƏT


Daşkəsəndə “Yaradıcılıq emalatxanası-2” düşərgəsi təşkil ediləcək

Bakı, 25 may, AZƏRTAC

Gənclər və İdman Nazirliyi iyulun 10-dan 20-dək Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Yaradıcılıq emalatxanası–2” düşərgəsi təşkil edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşərgədə təsviri sənət, foto, milli və müasir rəqs, teatr aktyoru, kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika sahələri üzrə yaşı 18-dən 23-dək olan və istedadına güvənən gənclər iştirak edə bilərlər.

Düşərgənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı fəallıqlarının və təşəbbüskarlığının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünü inkişafın stimullaşdırılması və onların asudə vaxtlarının səmərəli təşkilidir.

İlk dəfə 2016-cı ildə keçirilən düşərgədə 110 gənc iştirak edib. Müxtəlif yaradıcılıq sahələri üzrə bacarıqlarını nümayiş etdirib, yeni biliklər əldə etməklə yanaşı, yaradıcılıq ideyalarını reallaşdırmaq imkanı qazanıblar.

Düşərgədə yaradıcılıq emalatxanaları və müsabiqələri, nəzəri və praktiki məşğələlər, ustad dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar - kinoseans, gülüş axşamları, masaüstü, intellektual və idman oyunları, tonqal ətrafı yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq.

Düşərgədə iştirak etmək istəyənlər https://goo.gl/forms/2Kb99CGYHkttbxWg2 səhifəsində yerləşdirilən anket formasını dolduraraq iyunun 12-dək [email protected] elektron ünvanına göndərməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.