REGİONLAR
Daşkəsəndə “Yeni Azərbaycan” təşviqat qrupu rayonda referenduma hazırlıq məsələlərini müzakirə edib
Daşkəsən, 31 avqust, Rauf Hacıyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının qərargahında referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun rayon şöbəsinin yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda qərargah üzvləri, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yığıncaqda 2016-cı il sentyabrın 26-a təyin edilmiş referenduma hazırlığın vəziyyəti, görülmüş işlər, qarşıda duran vəzifələr - təbliğat materiallarının yerləşdirilməsinə hazırlıq, müşahidəçilərin üzərinə düşən vəzifələr, onlara aid olan sənədlərin hazırlanması və digər məsələlər geniş müzakirə olunub.
Tədbirdə rayon ərazisində yerlərdə keçiriləcək mitinqlərin və görüşlərin qrafiki müzakirə olunaraq təsdiq edilib.