REGİONLAR


Daşkəsəndə selin təsirindən dağılmış körpü və yol bərpa edilib VİDEO

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Daşkəsən rayonunda bir müddət bundan öncə aramsız yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş körpü “Azəravtoyol” ASC tərəfindən bərpa edilib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir.

Metal konstruksiyadan ibarət körpünün uzunluğu 10 metr, hündürlüyü 8 metr, eni isə 3,5 metr idi. Körpünün dayaqları qaya daşlarından inşa edildiyi üçün bəzi hissələri dağılmışdı.

Təmir-bərpa işləri zamanı körpü demək olar ki, sökülərək yenidən tikilib. Dayaqlar və hərəkət hissə dəmir-beton, aşırım hissə isə metal konstruksiyalardan yenidən inşa edilib. Körpünün eni 3,5 metrdən 6 metrə qədər genişləndirilib, 24 poqonmetr uzunluğunda təkərqaytaranlar və dəmir mühəccərlər quraşdırılıb. Körpünün bərpa olunması ilə vətəndaşların rahat gediş-gəlişi təmin olunub.

Bundan əlavə, Daşkəsən-Xoşbulaq yolunun 5–ci kilometrində də selin yaratdığı fəsadlar aradan qaldırılıb. Yol daha təhlükəsiz əraziyə doğru genişləndirilib.

Avtomobil yolunun altından suların ötürülməsi üçün ikigözlü, 12 poqonmetr uzunluğunda və 1500 millimetr diametrində boru quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.