İQTİSADİYYAT


Data Mərkəzinin veb-saytı istifadəyə verilib

Bakı, 20 iyul, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC yeni fəaliyyətə başlayan Data Mərkəzinin veb-saytını ictimaiyyətə təqdim edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Data Mərkəzi və onun təklif etdiyi infrastruktur əsaslı xidmətlərə artan tələbat və maraq nəzərə alınaraq Data Mərkəzi üçün xüsusiləşdirilmiş veb-sayt istifadəyə verilib. Sayt beynəlxalq data mərkəzləri və onların nəzdində analoji xidmətlər təklif edən dünya üzrə tanınmış şirkətlərin təcrübəsi əsasında yaradılıb. “www.datamerkezi.az” saytı Data Mərkəzi, onun xüsusiyyətləri, infrastruktur həlləri və onların əsasında formalaşan müxtəlif kommersiya təklifləri ilə tanışlıq üçün vahid platforma rolunu oynayır.

Sayt vasitəsilə istifadəçilər Data Mərkəzinin ümumi xarakteristikası, onun texniki təchizatı haqqında məlumat əldə etməklə yanaşı, öz tələb və ehtiyaclarına uyğun olan infrastruktur həllərinə dair sorğular da yönləndirə biləcəklər.

Ən son dövri texnologiyalardan istifadə edilməklə keyfiyyətli telekommunikasiya xidmətləri göstərməyi özünə məqsəd seçən “AzInTelecom”un Data Mərkəzi 2016-cı ilin sonunda istismara verilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.

Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksəkkeyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “Azerbaijan International Telecom (AzInTelecom)” şirkət strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb.

“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumatı “www.azintelecom.az” veb-saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.