CƏMİYYƏT
Daun sindromlu uşaqlar üçün bayram tədbiri
Bakı, 2 iyun, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a Rayonicr a hakimiyyətindən bildiriblər.
Rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması, yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması sahəsində ölkəmizdə görülən tədbirlərdən söhbət açıb.
Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova və Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva çıxış edərək sosial qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud uşaqların təhsil və reabilitasiyasının səmərəli təşkilinin təmin edildiyini, onların cəmiyyətə fəal inteqrasiyası üçün həyata keçirilən səmərəli tədbirlərin dövlətin uşaqlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildiriblər.
Çıxışlardan sonra bayram tədbiri konsert proqramı ilə davam edib.