MƏDƏNİYYƏT
Daun sindromlu uşaqların iştirakı ilə Respublika Gününə həsr olunan tədbir təşkil edilib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daun Sindromlu uşaqların iştirakı ilə 28 May-Respublika Gününə həsr olunan tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin təşəbbüsü ilə daun sindromlu uşaqların konsert proqramı təqdim olunub.
Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva keçirilən tədbirin önəmindən danışıb. O bildirib ki, yüksək əhval-ruhiyyəli bu tədbir, eyni zamanda, cəmiyyətə dostluq, birlik mesajları çatdırır.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara həsr olunan silsilə tədbirlər həyata keçirir. Tədbirlərdə həssas kateqoriyadan olan, qaçqın və məcburi köçkün, dövlət uşaq müəssisələrində yaşayan, xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakına geniş imkan yaradılır.