CƏMİYYƏT
Daun sindromlu və fiziki qüsurlu uşaqlarla görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının üzvləri daun sindromlu və fiziki qüsurlu uşaqlarla görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, “Qayğı” ərazi ilk partiya təşkilatının sədri Sevinc Abdullayeva çıxış edərək ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, bu gün uşaqlar gözəl şəraiti olan bağçalara, məktəblərə gedirlər. Bütün bu işlərə, göstərilən yüksək səviyyəli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarıq.
Tədbir Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq və Daun Sindromlu Şəxslərin Reabilitasiya mərkəzlərinin kollektivlərinin ifasında musiqili proqramla davam edib.