CƏMİYYƏT
Daun sindromu dölün ana bətninə düşdüyü andan etibarən formalaşır
Bakı, 12 avqust, AZƏRTAC
Hamiləlik zamanı aparılan müayinələrin nəticəsində uşaqda meydana çıxa biləcək xəstəliklər arasında ən qorxuducu diaqnozlardan biri Daun sindromu riskinin yüksəkliyidir.
AZƏRTAC vistanews.ru saytına istinadla xəbər verir ki, alimlər Daun sindromunun yaranma səbəbləri barədə açıqlama veriblər. Bəlli olub ki, Daun sindromu hazırda döllər arasında müəyyən edilən ən geniş yayılmış patologiyalardan biridir. Daun sindromu ilə doğulan körpələrin 90 faizində patologiyanın əmələ gəlmə səbəbi ananın hüceyrələrində lazımi 23 xromosom sayının 24 olmasıdır. Atalarda hüceyrə patologiyaları səbəbindən bu halın baş verməsinə yalnız 10 faiz hallarda rast gəlinib. Alimlər bildiriblər ki, ananın hansısa xəstəlik və ya stress keçirməsi, valideynlərin pis vərdişlərinin olması, hamiləlik zamanı düzgün qidalanmama və ya ağır keçən doğuş sindromun əmələ gəlməsində heç bir rol oynamır. Belə ki, Daun sindromu dölün ana bətninə düşdüyü andan etibarən formalaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]