REGİONLAR
David Qoqoşidze: Belə festivallar ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirir VİDEO
Şəki, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Biz Şəkiyə ikinci dəfədir səfər edirik. “İpək Yolu” festivalında iştirak etməyimizdən çox məmnunuq. Tamaşaçılara gürcü xalq rəqslərini təqdim etdik. Uşaqlar yaxşı çıxış etdilər, alqış qazandılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şəkidə keçirilən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının iştirakçısı, “Gürcü folklorunun inkişafı Beynəlxalq Assosiasiyası”nın rəhbəri David Qoqoşidze jurnalistlərə müsahibəsində deyib.
İndiyədək Azərbaycanda keçirilən 20-dən artıq tədbirdə, folklor festivallarında iştirak etdiklərini diqqətə çatdıran Assosiasiya rəhbəri belə festivalların ölkələrimiz və xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq əlaqələrini daha da möhkəmləndirdiyini vurğulayıb. “Ümidvaram ki, belə görüşlərimizin sayı hələ çox olacaq, bizim uşaq kollektivlərimiz Azərbaycana, sizin kollektivlər isə Gürcüstana qonaq gələcəklər”, - deyə David Qoqoşidze bildirib.