İQTİSADİYYAT


Davos İqtisadi Forumu yanvarın 17-20-də keçiriləcək

Bakı, 6 yanvar, AZƏRTAC

Davosda 47-ci Dünya İqtisadi Forumu (DİF) yanvarın 17-20-də keçiriləcək.

AZƏRTAC Forumun saytına istinadla xəbər verir ki, dünyanın aparıcı siyasətçilərinin, iş adamlarının, top-menecer və ekspertlərinin iştirak edəcəyi Forum “Bacarıqlı və məsuliyyətli liderlik” şüarı altında keçiriləcək.

Davos 50-dən çox dövlət və hökumət başçısını, habelə aparıcı beynəlxalq korporasiyaların rəhbərlərini qəbul etməyə hazırlaşır.

Qərargahı Cenevrədə yerləşən DİF ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Ənənəvi Forum İsveçrənin dağ-kurort şəhəri olan Davosda keçirilir. Qeyri-rəsmi adını da elə bu şəhərdən götürüb. Bundan əlavə, DİF müxtəlif ölkələrdə ənənəvi regional və milli zirvə görüşləri təşkil edir. Dünya İqtisadi Forumu 2013-cü il aprelin 7-8-də ilk dəfə Bakıda keçirilib. Bakı Forumu “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusuna həsr edilib.

Qlobal vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək etmək yolu ilə yaxşılaşdırılması DİF-in başlıca məqsədi elan edilib. Buna görə də Forum qlobal inkişafın mühüm problemlərini müzakirə və həll etmək üçün dünya birliyinin işgüzar, siyasi, intellektual və digər liderləri arasında tərəfdaşlığın inkişafına kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.