İQTİSADİYYAT


Daxil olmuş vergilərin 61,2 faizi ƏDV, mənfəət və gəlir vergisi hesabına formalaşıb

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında ərazi vergi orqanları üzrə 364,5 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 381,1 milyon manat vəsait daxil olub ki, bununla da proqnoz tapşırığına 104,6 faiz icra olunub.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, proqnoz tapşırıqları yalnız regionlar üzrə deyil, həm də respublikanın bütün şəhər və rayonları üzrə yerinə yetirilib.

Daxil olmuş vergilərin 61,2 faizi ƏDV, mənfəət və gəlir vergisi hesabına formalaşıb. Sadələşdirilmiş vergi daxilolmaları üzrə proqnoz tapşırıqları 6,2 milyon manat artıq və ya 117,2 faiz icra olunmaqla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faizə qədər artıb. Regionlarda fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyiciləri tərəfindən ilin ilk səkkiz ayında 86,7 milyon manat məbləğində vergilərin yerli büdcələrə ödənilməsi təmin edilib.

2016-cı ilin yanvar-avqust ayları ərzində regionlarda ƏDV qeydiyyatına alınmış vergi ödəyicilərinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.