ELM VƏ TƏHSİL
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib
Bakı, 28 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə III ixtisas qrupu üzrə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş 250 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər. Bunun üçün abituriyentlər iyulun 29-da və avqustun 31-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etməlidirlər.