Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Daxili İşlər Nazirliyi tərəfindən respublikada ictimai asayiş ötən ildə də etibarlı qorunub

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Əlahiddə Çevik Polis Alayında 2016-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəni açan daxili işlər naziri Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə quruculuq işlərinin uğurla davam etdiyini, dünyadakı gərgin siyasi və iqtisadi vəziyyətə, yeni münaqişə ocaqlarının yaranmasına baxmayaraq, ölkəmizdə mövcud sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, bu proseslərdə yaxından iştirak edən DİN tərəfindən respublikada ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu xatırladıb. Həyata keçirilən kompleks tədbirlərin müsbət nəticələr verdiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdıran nazir hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin ölkədə əmin-amanlığın təmin edilməsini və davamlı olmasını şərtləndirən əsas amillərdən biri olduğunu bildirib.

Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də cinayətlərin dinamikasında müsbət təmayüllər qeydə alınıb, cinayətlərin açılması, axtarışda olan şəxslərin tutulması yaxşılaşıb. Mütəşəkkil cinayətkarlığa, insan alverinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənib, qanunçuluğun möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində müsbət nəticələr əldə edilib.

Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr, həmçinin qarşıda duran vəzifələr barədə Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın küçə və prospektlərində hesabat dövründə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, cinayətlərin və digər hüquqpozmaların aşkarlanması və vaxtında qarşısının alınması üçün kompleks tədbirlər müəyyən edilərək həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsi ilə razılaşdırılmış vahid dislokasiya planına uyğun olaraq post və marşrutlarda 28 min 292 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 804, inzibati xətalara yol vermiş 27 min 488 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 268-i xuliqanlıq, 211-i oğurluq, 25-i soyğunçuluq, 65-i dələduzluq, 96-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 28-i digər cinayət törədənlər, 111-i isə axtarışda olanlardır. Eyni zamanda, məişət səs-küyünə yol verən 1240, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 4506, digər inzibati xətalara görə 15 min 217 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. 2015-ci illə müqayisədə aşkarlanan cinayətlərin və inzibati xətaların sayı 890 fakt və ya 3,2 faiz çox olub.

Vurğulanıb ki, daxili işlər orqanları üzrə təşkil olunan idman yarışlarında qazanılan uğurlar ötən il də davam etdirilib. Sərbəst güləş, estafet qaçışı, silahsız özünümüdafiə, sambo, cüdo üzrə Alayın komandaları müxtəlif turnirlərin qalibi olub. Bununla yanaşı, ayrı-ayrı əməkdaşlar beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər. Belə ki, polis serjantı Səbuhi Şükürov karatenin şotokan növü üzrə Avropa çempionatında, polis serjantı Mirağa Quliyev budo üzrə Avrasiya çempionatında, polis serjantı Natiq Eminov juboksinq citsu üzrə dünya kubokunda, polis serjantı Eldəniz Xəlilov hap-ki-do üzrə dünya çempionatında, polis serjantı İbrahim Məmmədov kikboksinq üzrə dünya çempionatında birinci yeri tutublar. İ.Məmmədov, həmçinin kikboksinq idmanının “K-1” versiyası üzrə dünya kəmərinin sahibi olub. İdman yarışlarında qadınlarımız da fərqləniblər. Belə ki, Bakıda keçirilən cüdo üzrə dünya kubokunda polis serjantı Nuriyyə Axundova birinci yerə layiq görülüb.

Qeyd olunub ki, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyəsi və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdirilib. Gənc əməkdaşların xidmətdə möhkəmlənməsi, praktiki iş vərdişlərinə tam yiyələnməsi üçün lazımi şərait yaradılıb.

Bildirilib ki, DİN rəhbərliyinin Əlahiddə Çevik Polis Alayına göstərdiyi gündəlik diqqət və qayğı, onun inkişafı üçün qəbul edilən qərarlar əməkdaşlar tərəfindən dərin minnətdarlıqla qarşılanır. Ümumən xalqa xidmət funksiyalarının səmərəli yerinə yetirilməsi, insan hüquq və azadlıqlarına ciddi riayət olunması, peşə və döyüş hazırlığı səviyyəsinin durmadan yüksəldilməsi, əməkdaşlara diqqət və qayğı göstərilməsi kimi vəzifələrin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətinın yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.

General-polkovnik Ramil Usubov Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, eyni zamanda, əməkdaşların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən öyrənilməsini tələb edib.

Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin olunmasında Alayın böyük təcrübəsi olduğunu xatırladan nazir cari ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları və Formula-1 Azərbaycan Qran-Prisi kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçiriləcəyini, bu və digər kütləvi, mədəni tədbirlər dövründə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu qurumun xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi baxımından post-patrul naryadlarının daim ayıq-sayıq olmasının, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsinin, peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin zəruriliyi bildirilib.

Qeyd olunub ki, polisin qanunla müəyyən edilmiş vəzifələrindən biri də həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək göstərməkdir. Bu məsələdə yaxşı nümunələrin sayının çox olduğuna, insanlara həssas münasibətin və qayğının həmişə minnətdarlıqla qarşılandığına, bunun polisin nüfuzunu daha da yüksəltdiyinə diqqəti çəkən Ramil Usubov vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin, şəxsi heyətin döyüş hazırlığının artırılmasının, sosial-məişət problemlərinin, əməkdaşların qarşılaşdıqları çətinliklərin həllinə önəm verilməsinin əhəmiyyətindən danışıb. Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığı, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu da vurğulanıb.

Daxili işlər naziri əminliklə bildirib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək