Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Daxili İşlər Nazirliyində 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, xidməti fəaliyyətin yekunlarını müzakirə etdiyimiz 2014-cü il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı, sosial-iqtisadi sahədə uğurların artması, beynəlxalq nüfuzunun yüksəlməsi ilə səciyyəvi olub, aparılan quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan ictimai asayiş, sabitlik və daxili təhlükəsizlik etibarlı qorunub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərman, Sərəncam və tapşırıqlarından, aidiyyəti plan və proqramlardan irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilib. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyən respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Şərqi Avropa məkanında öncül mövqedə olub.

AZƏRTAC xəbər verir ki, daha sonra iclasın gündəliyi elan olunub və daxili işlər naziri Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib.

Nazir deyib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 24 min 607 cinayət qeydə alınıb. Onların 91 faizini və ya 22 min 297-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub. Keçmiş illərdən bağlı qalmış cinayətlərin prokurorluq orqanları ilə birgə açılması da müsbət nəticələr verib və 2013-cü illə müqayisədə 46,5 faiz çox və ya 416, o cümlədən 69,5 faiz çox, yaxud 104 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. Əməliyyat planlarının vaxtında tətbiqi və “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlərlə 1223 cinayətin üstü “isti izlər”lə açılıb.

Cinayətlərin profilaktikasında, açılmasında, zərər çəkmiş şəxslərin hüquqlarının, həyat və sağlamlıqlarının müdafiəsində müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. Təkcə “102” xidmətinə daxil olan məlumatlar üzrə görülmüş çevik cavab tədbirləri nəticəsində müqayisə edilən dövrə nisbətən 47 faiz çox və ya 11 min 706 hüquqazidd əməlin qarşısı alınıb. “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 269 cinayətin üstü açılıb, 12 min 771 yol-nəqliyyat hadisəsi və piyadaların vurulması faktı aşkarlanıb, axtarışda olan 139 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 600 minə yaxın sorğu cavablandırılıb. Respublika üzrə daha 260 nöqtədə 1167 kamera quraşdırılaraq müvafiq texniki vasitələrin sayı 2039 nöqtə üzrə 8085 vahidə çatdırılıb (Bakıda 1356 nöqtədə 4224). Bütövlükdə cinayətlərin açılması yüksək olmaqla 80,7 faiz təşkil edib.

Bildirilib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 6,5 faiz yaxşılaşaraq istintaqdan və məhkəmələrdən yayınan 2193 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 73 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 67,7 faizi tutulub.

Diqqətə çatdırılıb ki, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də sistemli xarakter daşıyıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayət törətmiş 2212 nəfəri birləşdirən 845 cinayətkar qrup zərərsizləşdirilib. Aşkarlanmış qanunsuz odlu silah saxlama və daşıma faktları da 23 faiz çox olmaqla 167 şəxs cinayət məsuliyyətinə cəlb edilib, odlu silahla törədilən cinayətlərin sayı sabit qalıb. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə saxta pul hazırlama və satma ilə bağlı 45 cinayət (80 faiz çox) aşkarlanıb. Nəticədə ümumi məbləği 117 min manat, 35 min ABŞ dolları və 307 min 500 rubl olan saxta əsginas, habelə istifadə müddəti ötmüş 300 tondan çox yeyinti məhsulu və tikinti materialı qeyri-leqal dövriyyədən çıxarılıb.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olub. Narkotiklərlə əlaqədar 3046 cinayət, o cümlədən satışı ilə bağlı 801 fakt aşkarlanıb, 150 nəfərdən ibarət 58 cinayətkar qrup zərərsizləşdirilib. 2013-cü illə müqayisədə 9 faiz çox, bütövlükdə, 673 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin 16 faiz çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən 212 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə 21 faiz çox və ya 97 cinayət faktı müəyyənləşdirilərək 19 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib.

Ötən il daxili işlər orqanları müstəntiqlərinin icraatında 23 min 847 cinayət işi olub. İstintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı isə 5,4 faiz artıb. Dəymiş maddi ziyanın ödətdirilməsi 5 faiz yaxşılaşaraq 78,2 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş cinayət xarakterli məlumatın 87 faizi təhqiqatçılar tərəfindən araşdırılıb, onların da 54,2 faizi məhkəmələrə göndərilib.

Məruzəçi qeyd edib ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən profilaktiki tədbirlər də pozitiv nəticələrlə müşayiət olunub. Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 62 min 863 ədəd artaraq 1 milyon 308 min 540 olub. Bu artımın fonunda yol-nəqliyyat hadisələrinin, ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. 2013-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 65 faiz çox olmaqla 2 milyon 355 min 222 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 59,3 faiz çox və ya 16 min 606, sürət həddinin aşılması ilə əlaqədar 2,4 dəfə çox və ya 720 min 303, ötmə və manevr qaydalarının pozulması ilə bağlı 2,7 dəfə çox və ya 233 min 968, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 16 faiz çox və ya 5480 inzibati xəta müəyyən olunub. Şüşələrinə pərdə və plyonka çəkilmiş 7901 avtomobil, avtoxuliqanlığa görə 580 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. Eləcə də 2,3 milyondan çox müvafiq xətanın 39,6 faizi isə (933 min 576-sı) foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkarlanıb.

Bütövlükdə müxtəlif inzibati xətalara görə respublika üzrə 2013-cü illə müqayisədə 68,3 faiz çox və ya 2 milyon 444 min 42 protokol tərtib olunub, nəticədə 2 milyon 336 min 488 nəfər cərimələnib, 4312 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 40 min 69 şəxsə xəbərdarlıq edilib.

Vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 559 min nəfər yeni nəsil ümumvətəndaş pasportu, 1 milyon 165 min 565 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Bu istiqamətdə işlər nazirliyin əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində də məqsədyönlü surətdə davam etdirilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daim təkmilləşən və inkişaf edən Daxili Qoşunlar da ictimai asayişin keşiyində mətinliklə dayanıb. Hərbi qulluqçular cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmini tədbirlərində və xüsusi əməliyyatlarda fəal iştirak ediblər. Qoşunların maddi-texniki bazasının gücləndirilməsi, komandirlərin, idarəetmə orqanlarının və hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi sahəsində mühüm tədbirlərin icrası tam təmin edilib.

Xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb. Nazirliyin rəhbərliyi tərəfindən 300-dən çox, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 9 bölgəsi üzrə 1415 vətəndaşın səyyar qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub. Ötən il Nazirliyə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, o cümlədən şikayətlərin sayı 7 faiz azalıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan müraciətlərin dinamikasında isə 13 faiz azalma qeydə alınıb.

İclas iştirakçılarının nəzərinə çatdırılıb ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha səmərəli təşkilinin zəruriliyi baxımından qanunçuluğun qorunması işinə də tələbkarlıqla yanaşılıb. Nəticədə insan hüquqlarının pozulması hallarına yol vermiş əməkdaşların sayı 4 faiz, o cümlədən əsassız saxlamalar 11,4 faiz azalıb, döymə, işgəncə vermə, qanunsuz axtarış aparma halları qeydə alınmayıb. İnsan hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayətlər hərtərəfli və obyektiv araşdırılaraq təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarla kobud rəftara görə 133, əsassız saxlamaya görə 31, əsassız polisə gətirməklə bağlı 38 fakt üzrə 343 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Eyni zamanda, korrupsiya hüquqpozmaları ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunmuş 85 əməkdaşdan 41-i xidmətdən xaric edilib, 28-i aşağı vəzifəyə keçirilib, 16-sı barədə digər tənbeh növləri tətbiq edilib.

Məruzədə əldə olunmuş uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir kollegiya iclası iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Fuad Ələsgərov respublikamızda gedən hərtərəfli və dinamik inkişaf proseslərinin əsas şərtlərindən olan ictimai-siyasi sabitliyin, habelə insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyəti Dövlət proqramlarından, Milli Fəaliyyət planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib. Şöbə müdiri xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş istifadəsinin vacibliyini nəzərə çatdırılıb.

Məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov və başqaları hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildiriblər.

İclasa yekun vuran daxili işlər naziri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidentinin hər bir dövlət qurumunda idarəetmənin təkmilləşdirilməsi barədə göstəriş verdiyini xatırladıb. Nazir dövlətimizin başçısının bu tələbinin yüksək səviyyədə icrasına nail olmaq üçün ilk növbədə, xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi kimi mühüm prinsip üzərində qurulmasının, insan hüquq və azadlıqlarının etibarlı qorunmasının, qanunçuluğun möhkəmləndirilməsinin, xalqa xidmət funksiyalarının genişləndirilməsinin, müasir texnologiyaların tətbiqinin, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin başlıca vəzifələr olaraq ardıcıllıqla həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Ramil Usubov ötən hesabat ilində cinayətlərin qarşısının alınması, açılması, təqsirləndirilən şəxslərin axtarışının təşkili, istintaqın və təhqiqatın keyfiyyətinin daha da yaxşılaşdırılması, qanunçuluğun, hüquq qaydasının möhkəmləndirilməsi və digər sahələrdə normativ hüquqi aktların, vəzifə təlimatlarının tələblərinin bütövlükdə layiqincə yerinə yetirildiyini, göstərilən sahələrdə əldə edilmiş nəticələrin qənaətbəxş olduğunu bildirib. Bununla belə, beynəlxalq və respublika əhəmiyyətli mühüm tədbirlərlə zəngin olan 2015-ci ildə də qarşıda mühüm vəzifələr durduğunu, ayrı-ayrı ərazi polis orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə operativ reaksiya verilməməsinin əməliyyat-xidməti fəaliyyətin bəzi istiqamətləri üzrə ümumi nəticələrə mənfi təsir göstərdiyini nəzərə çatdırıb, konkret tapşırıq və tövsiyələrini verib.

Bildirilib ki, əldə olunmuş müsbət nəticələr inkişaf etdirilməli, nöqsan və çatışmazlıqlar tam aradan qaldırılmalı, orqan və hissələr müasir dövrün çağırış və təhdidlərinə daim hazır olmalı, transmilli mütəşəkkil cinayətkarlığın, dini radikalizmin qarşısı vaxtında və qətiyyətlə alınmalıdır. O deyib ki, ilk növbədə nazirliyin aidiyyəti baş idarələri ailə münaqişəsi zəminində baş verən cinayətlərin qarşısının alınmasına yönəlmiş maarifləndirmə tədbirlərinin keçirilməsini, məişət zorakılığı törətmiş şəxslərin qeydiyyatının, qabaqlayıcı işin aparılmasını və digər mühüm vəzifələrin icrasını daha məqsədyönlü təşkil etməli, müvafiq sahədə yerlərə əməli köməklik göstərilməli, həmçinin əvvəllər məhkum olunmuş şəxslərin sosial adaptasiyası üzrə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət gücləndirilməlidir.

Cari ildə paytaxtda keçiriləcək ən mühüm beynəlxalq tədbirə - birinci Avropa Oyunlarına hazırlıq işlərindən danışan daxili işlər naziri həmin tədbirlər çərçivəsində 700 əməkdaşın xarici dil kurslarına cəlb olunduğunu bildirib. Bu yarışlar zamanı ictimai asayişin və təhlükəsizliyin qorunmasına cavabdeh xidmətlərin, ərazi orqanlarının və nizami hissələrin fəaliyyətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin səmərəli təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq Tədbirlər Planından irəli gələn məsələlərin icrasının davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə tam təmin olunmasının, o cümlədən etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi sahəsində fəaliyyətin ciddi nəzarətdə saxlanılmasının vacibliyi qeyd edilib.

Nazir, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, əməkdaşlar və hərbi qulluqçular bundan sonra da bütün qüvvələrini ölkədə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin etibarlı təmin edilməsi ilə bağlı dövlətimizin başçısının qarşıya qoyduğu tapşırıqları, tələb və tövsiyələri 2015-ci ildə də böyük məsuliyyət hissi ilə yerinə yetirəcək, Vətənə, xalqa və dövlətə layiqincə xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı