CƏMİYYƏT


Daxili İşlər Nazirliyinin saytında açılan yeni interaktiv pəncərədə borclu şəxs kimi axtarışda olanların siyahısı yerləşdirilib

Bakı, 3 iyun, AZƏRTAC

Son dövrlər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində tabelikdəki orqan və hissələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, müasir tələblərə uyğunlaşdırılması, habelə vətəndaş məmnunluğunu təmin olunması məqsədilə lazımi tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədilə DİN-in rəsmi veb-saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.

Cari ilin iyunundan etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.

Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiqləməklə lazımi informasiyanı almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.