Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Daxili işlər naziri Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb VİDEO

Bakı, 10 fevral, AZƏRTAC

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 10-da Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyətində keçirilən görüşdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, köklü iqtisadi islahatların zəruriliyinə dair proqram xarakterli nitqindən irəli gələn yeni vəzifələr və onların həlli yolları geniş müzakirə edilib.

Nazir Ramil Usubov tədbirin Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən keçirildiyini, son günlər respublikamızın bütün bölgələrində açıq və qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutan görüşlərdə əsas məqsədin yerli iqtisadiyyatın və sahibkarlığın inkişafı istiqamətində vətəndaşları narahat edən problemlərin öyrənilməsi, onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi, əhalinin məşğulluğuna əməli kömək göstərilməsi olduğunu bildirib.

Nazir Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsində özünün uzaqgörən dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun son 12 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, həyata keçirilən hərtərəfli sosial, iqtisadi, hüquqi və demokratik islahatlar nəticəsində ölkəmizin böyük uğurlar qazandığını xüsusi vurğulayıb. Məmnunluqla qeyd olunub ki, Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi deyil, həm də özünün alternativi olmayan siyasi kursunu, mükəmməl sosial-iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Dövlətçiliyimizin güclənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, hüquqi, demokratik islahatların dərinləşməsi ilə səciyyələnən həmin dövrün bütün uğur və nailiyyətləri yalnız Ümummilli Lider tərəfindən qoyulan möhkəm təməl sayəsində mümkün olub.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən abadlıq, quruculuq işləri və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Sonra Ramil Usubov geniş məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında sahibkarlığın inkişafı, bürokratik əngəllərin aradan qaldırılması, respublikamızın iqtisadi və maliyyə təhlükəsizliyinin təmin edilməsi və digər sahələrdə qarşıya qoyduğu vəzifələr barədə danışıb. O, Azərbaycanın bu gün dünyada sabit və davamlı inkişaf edən iqtisadiyyata, mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan bir dövlət kimi tanındığını, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətlərinin və beynəlxalq təşkilatların, ilk növbədə, ölkəmizin mövqeyini nəzərə aldıqlarını bildirib. Qeyd olunub ki, bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasətin uğurunu, milli maraqların təmin edilməsinə yönəldiyini əyani surətdə təsdiqləyir.

Nazir qazanılan bütün uğurların əsasında ölkəmizdə ictimai-siyasi sabitliyin dayanması barədə Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi fikri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dövlətimizin başçısının rəhbərliyi ilə hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə əlaqəli və səmərəli fəaliyyəti nəticəsində son illər cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə olunmuş müsbət nəticələr barədə qısa məlumat verib. Son 12 ildə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində fəaliyyətin də davamlı olduğu, digər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirilən tədbirlər nəticəsində əməliyyat şəraitinin bütövlükdə nəzarətdə saxlanıldığı qeyd edilib.

Daha sonra ölkəmizdə aparılan iqtisadi islahatlara toxunan nazir deyib ki, yeni iqtisadi siyasət nəticəsində maliyyə sistemi sabitləşəcək, bank sektoru mövcud vəziyyətdən çıxacaq və onun davamlı inkişafı, milli valyutamıza etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq. Bildirilib ki, Azərbaycan öz iqtisadiyyatının dayanıqlığını, inkişaf dinamikasını, daxili resurslardan istifadə strategiyasını Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün müəyyənləşdirib. Neft gəlirlərindən gələcək inkişafımız üçün çox böyük işlər görülüb. Belə ki, ötən illərdə neft gəlirləri ölkəmizdə qeyri-neft sektorunun inkişafına, “qara qızıl”ın insan kapitalına çevrilməsinə yönəldilib. Beynəlxalq maliyyə təşkilatlarının da ümumi qənaəti belədir ki, ayrı-ayrı sahələrdə həyata keçiriləcək tədbirlər nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi inkişaf 2016-cı ildə də təmin olunacaq.

Daxili işlər naziri qarşıda duran əsas vəzifələrdən də danışıb. Aparılan struktur islahatlarının və neqativ hallara qarşı mübarizənin gücləndirilməsinin izafi xərclərin qarşısını alacağını, dövlət idarəçiliyi sisteminin çevikliyini və səmərəliliyini artıracağını, eyni zamanda, işgüzar mühitin inkişaf etdirilməsi, inhisarçılıq, bürokratiya, korrupsiya və rüşvətxorluq kimi mənfi amillərin tam aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.

Ramil Usubov Prezident İlham Əliyev tərəfindən dövlət qurumlarının və icra strukturlarının qarşısında iş adamları üçün lazımi şəraitin yaradılmasının ümdə vəzifə kimi qoyulduğunu, kənd təsərrüfatında, sənayedə, biznes mühitində daha çevik idarəetmə mexanizmlərinin tətbiq edildiyini, sahibkarlığın inkişafına maneələrin qanunvericilik səviyyəsində aradan qaldırıldığını, kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu məqsədlə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın və obyektivliyin təmin edilməsi, vətəndaşların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında və mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında fərmanlar imzalandığını xatırladıb. Bu istiqamətdə digər əhəmiyyətli addımın Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması barədə Prezident İlham Əliyevin imzaladığı daha bir Fərman olduğunu diqqətə çatdırıb. Ölkəmizin maliyyə sektorunun dayanıqlığının təmin edilməsinə və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə yönəlmiş bütün tədbirlərin sahibkarlığın inkişafına, yerli istehsalın stimullaşdırılmasına xidmət etdiyi, yerli istehsalı qorumaqla yanaşı, azad rəqabət mühitinin yaradılmasına yönəldiyi vurğulanıb.

Azərbaycanın iqtisadi inkişafının baza sütunlarından birinə çevrilən, 2004-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə üç Dövlət Proqramının qəbul edildiyini və onların icrasının əhəmiyyətini vurğulayan nazir R.Usubov bu konseptual sənədlərin ölkəmizin sürətli inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşmasında, bölgələrin simasının xeyli dəyişməsində, müasirləşməsində mühüm rol oynadığından söz açıb. Həmçinin hazırda 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icra olunduğunu bildirərək, həmin sənəddə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinin ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməsinə, işsizliyin aradan qaldırılması prosesinə münbit zəmin yaratdığını deyib. Dövlət proqramlarının icrası çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdədə də böyük işlər görüldüyünü, bu məqsədlə rayonda müxtəlif təyinatlı obyektlərin istismara verildiyini xatırladıb.

Nazir diqqətəlayiq bir faktı xüsusilə vurğulayıb ki, dövlətimizin başçısı 2004-2015-ci illərdə Bərdəyə 7 dəfə səfər edib. Ötən il martın 12-də müxtəlif təyinatlı obyektlərdə olub, 47 hektar ərazini əhatə edən Heydər Əliyev adına park-bulvarın, 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksinin, Uşaq İncəsənət Məktəbinin, avtomobil yollarının və vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılış mərasimlərində şəxsən iştirak edib.

Daxili işlər naziri Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin nəticələrinə həsr olunmuş iclaslarda dövlətimizin başçısının iqtisadi inkişaf templərinin daxili resurslar, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları hesabına 2016-cı ildə də təmin edilməsi, dövlət vəsaitlərinin xərclənməsində israfçılığın qarşısının alınması, ciddi maliyyə, ictimai, dövlət nəzarətinin olması, ictimai nəzarət mexanizmlərinin işə salınması, inhisarçılığa, bürokratiyaya, korrupsiyaya və rüşvətxorluğa qarşı davamlı mübarizə aparılmasına dair ciddi tapşırıqlar verdiyini xatırladıb. O cümlədən, yerli sahibkarların ölkə iqtisadiyyatına daha çox sərmayə qoymaları, yerli icra orqanlarının bunun üçün lazımi şərait yaratması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi, sahibkarların işinə hər hansı müdaxilənin yolverilməzliyi, onların bu işə həvəsləndirilməsi, istehsal olunan məhsulun satılması üçün əlverişli şəraitin yaradılması, məhsulun saxlanılması məqsədilə xüsusi anbarların, bazaların inşa edilməsi, bölgələrdə sənaye zonalarının yaradılması və digər bu kimi mühüm vəzifələrin də qarşıya qoyulduğu diqqətə çatdırılıb.

Nazir bu istiqamətdə önəmli məsələlərdən biri kimi bankların sahibkarlara güzəştli kreditlər verməsinin, iri fermer təsərrüfatlarının yaradılmasının, pambıq istehsalında həmişə öndə olan Bərdədə bu sahənin inkişafının, rayonda pambıqtəmizləmə zavodlarının, əyirici kombinatların, toxuculuq fabriklərinin tikilməsinin, Qarabağ bölgəsində ənənəvi sənət növlərindən biri kimi xalçaçılığın bərpasının, yerli icra orqanlarının öz işlərini məqsədyönlü qurmalarının, təşəbbüskar olmalarının vacibliyini, icra qurumlarının bundan sonrakı fəaliyyətinə qiymətin məhz investisiya cəlbi və büdcədən asılılığı aradan qaldırmaq bacarığına görə veriləcəyini bildirib. Qeyd edib ki, vətəndaşların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi, məmur-vətəndaş münasibətləri, təhsillə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır. Bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən özəl sektorun təmsilçiləri antiböhran tədbirlərinə öz dəstək və töhfələrini verməli və qlobal böhranın ölkəmizə təsirinin minimuma endirilməsinə yardımçı olmalıdırlar.

R.Usubov əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin böyük səyləri, ölkəmizin güclü iqtisadi-maliyyə potensialı, iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulmuş hədəflərə nail olunmasına, o cümlədən Bərdə rayonunun da inkişafının stimullaşdırılmasına və əhalinin məşğulluğunun artırılmasına əlverişli zəmin yaradacaq.

Görüşdə çıxış edən sahibkarlar və ictimaiyyət nümayəndələri Prezident İlham Əliyevin antiböhran tədbirlərini, yerlərdə biznes mühitinin inkişafına yönəlmiş qətiyyətli addımlarını dəstəklədiklərini bildirib, bu istiqamətdə bəzi arzu və təkliflərini səsləndirib, göstərilən ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Daxili işlər naziri Ramil Usubov görüşdə səslənmiş təklif və müraciətlərin aidiyyəti üzrə baxılıb həllinə kömək göstəriləcəyini bildirib.

Görüşdə Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc iştirak ediblər.

Daxili işlər naziri Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb