DÜNYA


Daxili işlər naziri Teresa Mey Britaniyanın yeni Baş naziri olacaq

A+ A

London, 11 iyul, AZƏRTAC 

Böyük Britaniyanın daxili işlər naziri xanım Teresa Mey ölkənin yeni Baş naziri olacaq.

BBC-nin məlumatına görə, Andrea Lidsonun Mühafizəkarlar Partiyasının lideri vəzifəsinə namizədliyinin geri götürülməsindən sonra T.Meyin Baş nazir olmaq üçün heç bir əngəli qalmayıb.

Hazırda Baş nazir Devid Kemerondan postun təhvil alınması üçün vaxtın müəyyən edilməsi məsələsi müzakirə olunur.

59 yaşlı T.May referendum kampaniyalarında Birləşmiş Krallığın Avropa İttifaqında qalmasını dəstəkləyib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.