REGİONLAR


Daxili işlər nazirinin Sumqayıtda keçirəcəyi qəbulun vaxtı dəyişdirilib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən noyabrın 26-da Sumqayıt Şəhər Polis İdarəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək dekabrın 10-na keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün saat 10:00-da nazir, general-polkovnik Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət edərək qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.