REGİONLAR
Daxili motivasiya üçün 3D səyahət
Gəncə, 27 may, Rauf Hacıyev, AZƏRTAC
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin (GİB) təşkilatçılığı ilə “Daxili motivasiya üçün 3D səyahət” adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu” GİB-in “Ganja in action” (“Gəncə fəaliyyətdə”) layihəsinin davamı olaraq keçirilən seminarda iştirakçılar daha çox gəncləri maraqlandıran “Hansı kompleksim var?”, “Cəsarəti necə tapmalı?”, “Mən kiməm?”, “Missiyam nədir?”, “Hansı hədəflərim var?”, “Qərarım nədir?” kimi suallara birlikdə cavab axtarıblar.
“Ganja in action” layihəsi bir il müddətində Avropa Gənclər Paytaxtı statusunun 4 prioritet sahəsi (təhsil, könüllülük, aktiv iştirakçılıq və məşğulluq) üzrə gənclər üçün maraqlı təlimlər, seminarlar, aksiyalar, düşərgələr və fləşmobları əhatə edir.