DÜNYA


Daxiliyanma mühərrikli avtomobillərdən imtina etmək təklif olunur

A+ A

Stokholm, 24 oktyabr, AZƏRTAC 

Avropa İttifaqı ölkələri benzin və ya dizel yanacağı ilə işləyən avtomobillərdən istifadənin 2030-cu ildən qadağan edilməsi imkanını nəzərdən keçirməlidir.

Bu barədə KİV-lərə müsahibəsində İsveçin ətraf mühit məsələləri naziri İzabella Lövin məlumat verib.

AFR yuxarı parlamentində (Bundestaq) sentyabr ayında qəbul edilmiş qətnaməyə dair fikrini bildirən nazir deyib: “Bu, həqiqətən maraqlı təklifdir. Əgər daha konkret yanaşılarsa, bu qadağanı Aİ səviyyəsində tətbiq etmək lazımdır”.

İzabella Lövin daxiliyanma mühərrikli avtomobillər barədə də fikrini bildirib: “Ətraf mühit məsələləri naziri kimi yerin təkindən çıxan yanacaqla işləyən avtomobillərdən imtina etməkdən əlavə digər perspektiv görmürəm”.

Hazırda “yaşıllardan” və sosial-demokratlardan ibarət İsveç hökuməti bildirib ki, ölkənin 2040-cı ildə bərpaolunan enerji mənbələrinə tam keçməsi məsələsini nəzərdən keçirir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.