ELM VƏ TEXNOLOGİYA


“Daydream View” adlı virtual reallıq cihazı hazırlanır

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

“Google” şirkəti “Daydream View” adlı virtual reallıq cihazını təqdim edib.

AZƏRTAC “Ferra” saytına istinadla xəbər verir ki, cihazda əsas diqqət rahatlığa ayrılıb. Bu, digər virtual reallıq cihazlarından fərqli olaraq, dəri örtüklə hazırlanıb və onları eynəklərlə istifadə etmək də mümkündür. Həmçinin “Daydream View” ölçü baxımından digər cihazlardan 30 faiz daha kiçikdir.

“Google” “Daydream View” virtual reallıq platformasını hələ bu ilin mayında “Google I/O 2016” tədbiri çərçivəsində təqdim edib. Hazırda isə şirkət həmin platforma əsasında çalışaraq bu yeni cihazı istehsal edir. Cihazla birlikdə komplektdə xüsusi pult da təqdim olunur. Pult “touchpad” özəlliyinə malikdir və istifadəçinin hərəkətlərini izləyə bilir. Maraqlısı budur ki, həmin pult “Daydream View” virtual reallıq cihazında smartfon üçün nəzərdə tutulan yerdə saxlanılır.

Gələn ay satışa çıxarılacaq cihazın qiyməti 79 ABŞ dolları olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.