Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dəfə ilə faizin fərqini bilməyənlər növbəti təxribata can atırlar

Dəfə ilə faizin fərqini bilməyənlər növbəti təxribata can atırlar

Bakı, 14 iyul, AZƏRTAC

Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov son zamanlar ölkənin bank sistemində kreditləşmə ilə bağlı baş verən dəyişikliklərə müxalifətin münasibətini şərh edib. AZƏRTAC alimin şərhini təqdim edir.

X X X

Hakimiyyət-xalq birliyi qarşısında aciz duruma düşən, ambisiyası bacarığından dəfələrlə yuxarı olan “siyasət adamları” son vaxtlar cəmiyyətə yalan informasiya ötürməyi özlərinə peşə seçiblər. Bu adamlar öz çirkin mübarizələrinin artıq son fazasına daxil olublar. İndi onlar müxtəlif xarici dairələrdən aldıqları təlimatları reallaşdırmaq məqsədilə ölkədə sosial-iqtisadi və bank-maliyyə müstəvisində baş verən elementar dəyişikliklərdən də maksimum “yararlanmağa” çalışır, özəl maliyyə qurumlarının dövrün tələblərinə uyğun atdığı addımları belə hökumətin gördüyü “anti-xalq” tədbiri kimi qələmə verir və bununla da xalqı növbəti dəfə aldatmağa cəhd edirlər. Burada siyasi işbazların çox “incə” hesablamaları var. Onlar gözəl bilirlər ki, sadə insanların heç də hamısı sosial-iqtisadi və bank-maliyyə sferasında baş verən prosesləri dərindən təhlil etmək imkanında deyil və bu səbəbdən bu proseslərin mahiyyətini mütəxəssis rəylərindən, araşdırma və təhlillərdən öyrənməyə üstünlük verirlər. Cəmiyyətə bütün digər təsir imkanlarını itirmiş siyasi işbazlar da bu məqamdan sui-istifadə edib, insanlara yalan informasiyalar ötürməyə çalışırlar. Bu adamlar bir-birinin ardınca heç bir iqtisadi qanuna, heç bir məntiqə uyğun gəlməyən açıqlamalar, proqnozlar verir, mövcud vəziyyəti tamamilə təhrif edərək heç bir əsası olmayan “təhlillərlə” çıxış edirlər.

Götürək bu günlərdə bankların ABŞ dolları ilə qəbul etdikləri əmanətlərə görə ödənişlərin dərəcəsini 3-4 faiz aşağı salmasını. Burada əsas məqsəd banklarda yerləşdirilən əmanətlərin manat – dollar nisbətini optimal həddə qədər tənzimləməkdən ibarətdir. Belə addımlar zərurət yarandıqda dünyanın hər bir ölkəsində atılır və hər kəs buna normal hal kimi baxır. Soruşuruq: Dünya bazarlarında neftin qiymətləri son bir ildə iki dəfəyə qədər aşağı düşübsə və əsasən bu səbəbdən bütün dünya ölkələrində maliyyə böhranı yaşanırsa, Azərbaycanın bank sistemi nə etməlidir? Yəqin bu diletantlar düşünürlər ki, dünyada gedən proseslərin Azərbaycana təsiri olmamalı, hansı iqtisadi-maliyyə kataklizmlərinin baş verməsindən asılı olmayaraq ölkəmizin bank sistemi eyni qaydada idarə edilməlidir. Xeyr, zəruri tənzimləmə prosesləri dünyanın bütün ölkələrində aparılır. Bizdə isə az qala mikroskopla mənfi hal axtaranlar ən xırda dəyişiklikləri belə “sosial fəlakət” kimi qələmə verməyə çalışırlar. Görün, “faiz”lə “dəfə”nin fərqinə varmayanlar nə yazırlar: “Banklar dollarla yerləşdirilən əmanətlərin illik faizini birdən-birə 3-4 dəfə aşağı saldılar. Yenə də, xalq itirəcək, banklar qazanacaq. İnsafsızlar! Xalqı qədim insanlar mamontları ovladığı kimi “ovlayıb”, son pullarını əlindən alırlar”.

Cəmiyyətə bu böyüklükdə yalanı utanmadan necə ötürmək olar? Banklar dollarla olan əmanətlərə ödənilən faizləri 3-4 dəfə deyil, cəmi 3-4 faiz aşağı salıblar. (Bu gün də bir çox banklar ABŞ dollarında yatırılan əmanətlərə 12-13 faiz ödəniş təklif edirlər. İstənilən bankın internet saytına daxil olub bunun belə olduğunu aydın görmək olar). Faizlə dəfə arasındakı fərqi müəyyən edə bilməyən partiya sədri, özünü cəmiyyətə “lider” kimi sırımağa cəhd edən biri bu savadla toplumu öz arxasınca necə apara bilər? Bu adamlar hansı ağılla, hansı üzlə “alternativ” kimi görünməyə çalışırlar, bax, bu, anlaşılan deyil. Adama deyərlər ki, siz gedin əvvəlcə faizlə dəfənin fərqini öyrənin, heç olmasa elementar biliklərə yiyələnin, sonra gəlib daha böyük məsələlərdən söhbət açarsınız. Əks halda primitiv düşüncə tərzi sizdən uzaq düşməyəcək və bütün məsələlərə aşağıdakı kimi dayaz yanaşacaqsınız: “Dollarla əmanətlərin faizi ona görə 3-4 dəfə aşağı salınıb ki, növbəti devalvasiya qərarı veriləndə də hesabı xalq versin, bankların sahibinə ziyan dəyməsin”. Birincisi bu absurd və heç bir iqtisadi məntiqə sığmayan bir mülahizədir, boşboğazlıqdan başqa bir şey deyil. Bu “hesablamanı” iqtisadiyyat elminə ibtidai səviyyədə bələd olanlar belə ciddi qəbul edə bilməzlər. İkincisi, haradadır “növbəti devalvasiya”? Nə üçün xalqı aldadırsınız? Bu qədər riyakarlıq sizə nə verir axı? Azərbaycan manatının məzənnəsi onun güclü iqtisadiyyatına bağlıdır.

Bu gün manat özünün real dəyərinə uyğun səviyyədə dayanıb və lazım gələrsə onu hətta bir qədər möhkəmlətmək imkanları da mövcuddur. Manatın bu durumu Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyətindən qaynaqlanır. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti son 6 ayın nəticələrini belə xarakterizə etdi: “Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir. Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur. Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur”.

Hesab edirik ki, Prezidentin söylədiyi və ölkə iqtisadiyyatının bugünkü reallıqlarını əks etdirən bu rəqəmlərin heç bir şərhə ehtiyacı yoxdur. Azərbaycan manatı isə bu real iqtisadi duruma bağlıdır. Odur ki, indiki halda hansısa devalvasiyadan danışmaq növbəti təxribata can atmaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür