İQTİSADİYYAT


Dekabrın 19-20-də Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 19-20-də iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının 7-ci iclası Varşavada keçiriləcək.

Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən bildirilib. İclasda enerji, gəmiçilik, dəniz nəqliyyatı, kənd təsərrüfatı və əczaçılıq kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək, komissiyanın iclası çərçivəsində biznes forum da keçiriləcək.

İclasın yekunu olaraq iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.