İQTİSADİYYAT


Dekabrın 23-də Qaradağ rayonunun təbii qaz təchizatı məhdudlaşdırılacaq

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 23-də saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” və “Puta” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Bakının Qaradağ rayonunun Güzdək və Qızıldaş qəsəbələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Binəqədi rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.