CƏMİYYƏT
Dekabrın 3-də növbəti SAT imtahanları keçiriləcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 3-də növbəti SAT imtahanlarını keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlanıb və noyabrın 3-ü saat 9.00-dək davam edəcək (gözləmə siyahısı üçün qeydiyyat isə noyabrın 26-na kimi davam edəcək).
İmtahan saat 8.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 7.45-dək imtahan binasında olmalıdırlar, gecikənlər imtahan zalına buraxılmayacaqlar.
Qeydiyyatdan keçmək haqqında http://www.tqdk.gov.az/exam/sat/ keçidindən daha ətraflı məlumat əldə etmək mümkündür.