REGİONLAR


Dekabrın 5-dək ölkə üzrə 82 min 257 ton pambıq tədarük olunub

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-dək ölkə üzrə pambıq tədarükü 82 min 257,8 ton təşkil edib. Bu isə 2015-ci il dekabrın 7-dək olan göstərici ilə müqayisədə 2,4 dəfə çoxdur (34 min 703 ton).

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 11200 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 10562,9 ton, İmişlidə 9383,9 ton, Ağcabədidə 8395,9 ton, Beyləqanda 7345 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.