ELM VƏ TƏHSİL


Dekorativ ağac-kol bitkilərinin Abşeronun iqlim şəraitində adaptasiya imkanları öyrənilib

A+ A

Bakı, 27 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə birgə 2015-2016-cı illərdə paytaxtın müasir landşaft memarlığı əsasında yaşıllaşdırılması, növlərin seçilməsi, morfoloji, ekoloji və dekorativlik xüsusiyyətlərinə görə qruplaşdırılması, davamlı senozların yaradılması, qorunub saxlanılması və bərpası istiqamətində birgə tədqiqatlar aparıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə introduksiya olunmuş bəzi növ dekorativ ağac-kol bitkilərinin Abşeronun torpaq-iqlim şəraitində adaptasiya imkanları və bioekoloji xüsusiyyətləri öyrənilib, bordür, tək və qrup əkinləri, alpinari, çiçəklik və s. kompozisiyaların tərtibatında, yeni salınan park və bağların yaşıllaşdırılmasında istifadəsi tövsiyə edilib. Bununla yanaşı, Azərbaycanın təbii və mədəni denfoflorasının müasir vəziyyətinin hərtərəfli monitorinqi də aparılıb, növlərin yayılma arealları araşdırılaraq qruplaşdırılıb. Yerli torpaq-iqlim şəraitinə uyğun olan ağac və kollar artıq Bakıda yeni salınan park və bağların yaşıllaşdırılması məqsədilə istifadə edilir.

Qeyd edək ki, 2015-ci il aprelin 15-də Dendrologiya İnstitutu ilə Bakı Şəhər Yaşıllaşdırma Departamenti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən tərəflər Bakı şəhərinin müasir landşaft memarlığı əsasında layihələndirilməsi, növlərin seçilməsi, morfoloji, ekoloji və dekorativlik xüsusiyyətlərinə görə qruplaşdırılması, davamlı senozların yaradılması və bərpası istiqamətində birgə fəaliyyət göstərirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.