DÜNYA


Dəməşqdə törədilən terror aktı nəticəsində ən az 8 nəfər ölüb

Bakı, 2 iyul, AZƏRTAC

Suriyanın paytaxtı Dəməşqdə törədilən terror aktı nəticəsində ən az səkkiz nəfər həlak olub.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində, həmçinin 12 nəfər xəsarət alıb.

Hadisə Dəməşqin Təhrir meydanında bomba yüklənmiş üç avtomobildən birinin partladılması nəticəsində baş verib. Digər iki avtomobil isə təhlükəsizlik qüvvələri tərəfindən partladılıb.

Bu, martda törədilən terror aktından sonra ən çox insan tələfatı ilə nəticələnən hadisədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.