İQTİSADİYYAT


“DəmirBank” ”BanKarTələbə-Güc gəlsin bizdən sizə” kampaniyasına başlayıb

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

“DəmirBank” tələbələr üçün yeni ”BanKarTələbə-Güc gəlsin bizdən sizə” kampaniyasına start verib.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, 18 yaşı tamam olmuş, ali və orta ixtisas təhsil müəssisələrində oxuyan tələbələr bankın istənilən filialına yaxınlaşaraq və tələbə biletini təqdim edərək, pulsuz plastik kart əldə edə bilərlər. Hədiyyə olaraq yalnız “Visa Electron” və “MasterCard Maestro” kartları təqdim olunur. Kart bir illik verilir.

Həmçinin, bankın müştəriləri “Pul köçürənə/alana plastik kart hədiyyə” kampaniyasından da yararlana bilərlər. Belə ki, aksiya çərçivəsində, məbləğdən asılı olmayaraq, istənilən pul köçürməsi sistemi ilə pul köçürən və ya alan müştəriyə pulsuz debet kartı hədiyyə olunur.

“DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində 50 milyondan çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərə görə heç bir komissiya tutulmadan nağdsız ödəniş həyata keçirmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.