İQTİSADİYYAT


“DəmirBank” “Plastik kartla yığım əmanəti” məhsulunu təklif edir

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

“DəmirBank” müştərilərin yerləşdirdikləri vəsaitlərə hər zaman çıxışını təmin etmək məqsədilə “Plastik kartla yığım əmanəti” məhsulunu təklif edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, əmanətə bağlı kart daim müştərinin yanında olduğundan vəsaitə ehtiyac yarandıqda yığım kartından pul çıxartmaq və ya digər kartlarda olduğu kimi ödənişlər zamanı istifadə etmək mümkündür.

Bundan əlavə, əmanətçilər istifadə olunmayan və kartda qalan vəsaitdən illik 6 faizədək gəlir qazanmaq imkanını da əldə edirlər. Plastik kart bank tərəfindən müştəriyə hədiyyə olunur. Əmanət maksimum 1 illik olmaqla, AZN və USD valyutalarında açıla bilər.

Qeyd olunan əmanət növündə vəsaitin artırılmasına və istənilən zaman cəriməsiz çıxarılması mümkün olduğu üçün hesaba hətta 1 AZN/USD əlavə edilməsi mümkündür. Əmanətlərin artırılması prosesinin sadələşdirilməsi məqsədilə müştərilər üçün banka məxsus “DəmirPay” terminallardan vəsait əlavə etmək imkanı da yaradılıb. Vəsaitlər “DəmirBank”a məxsus istənilən ATM-ləri vasitəsilə nağdlaşdırıldıqda heç bir komissiya haqqı tutulmur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.